Şimali Makedoniya Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır - Stevo Pendarovski

Şimali Makedoniya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə tərəqqi və xalqınıza rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Şimali Makedoniya Respublikasının ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri və əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğunu bildirirəm.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, Sizə xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.