• Paytaxt
  • 14 İyun 2021 20:34
  •  6 734

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunelin təməlini qoyub - FOTO

Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Aznews.az xəbər verir ki, dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi.