Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxış edib Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxış edib
  • Paytaxt
  • 18 İyun 2021 21:38
  •  7 098

Ölkəmiz müxtəlif vaxtlarda "feyk nyus" hücumlarına məruz qaldı - Prezidentin köməkçisi

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxış edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumunda təşkil olunan paneldə çıxış edib.

Aznews.az xəbər verir ki, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həmin həqiqətə uyğun olmayan informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Qeyd edilib ki, Azərbaycan haqqında həqiqi məlumat yayan rəsmi şəxslərin sosial media hesablarının isə bağlandığı halları qeydə alınıb.

Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti Lulian Cifu, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaes, Qətərin xarici işlər nazirinin köməkçisi və xarici işlər nazirliyinin sözçüsü Lolvah Rəşid Əl- Xatir panelin çıxışçıları olublar.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, o cümlədən səfirlər, deputatlar, digər nüfuzlu şəxslər iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.