Azərbaycanda "Sputnik V" və "AstraZeneca" vaksinlərinin birgə tədqiqatları başa çatır

O bildirib ki, birgə tədqiqatın nəticələri iyul ayının sonunda dərc olunacaq

Koronavirusa qarşı "Sputnik V" və "AstraZeneca" vaksinlərinin birgə tədqiqatları başa çatmaq üzrədir.

AzNews.az-ın məlumatına görə, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun direktoru Kirill Dmitriyev deyib.

O bildirib ki, birgə tədqiqatın nəticələri iyul ayının sonunda dərc olunacaq.

"Sputnik V" "AstraZeneca" ilə birgə tədqiqatların keçirilməsini təklif edən ilk vaksin olub. Hazırda tədqiqatlar Azərbaycanda və bir sıra digər ölkələrdə başa çatmaqdadır. Hesab edirik ki, Azərbaycandakı tədqiqatlar yüksək effektivlik göstərəcək".

Fondun direktoru tədqiqatın nəticələrinin çox yaxşı ola biləcəyini bildirib.