Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub
  • Paytaxt
  • 17 Sentyabr 2021 13:37
  •  6 490

Vilayət Eyvazov əmr imzalayıb

Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ramiz Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.

Qeyd edək ki, R.Quliyev bu təyinatadək Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsində rəis olub.