Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib
  • Paytaxt
  • 27 Noyabr 2021 19:08
  •  4 075

İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Aznews.az xəbər verir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.