Allah rəhmət eləsin! Allah rəhmət eləsin!
  • Paytaxt
  • 30 Noyabr 2021 16:07
  •  2 991

Dövlət başçısı helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Allah rəhmət eləsin!

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

AzNews.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"