Prezident sərəncam imzalayıb Prezident sərəncam imzalayıb
  • Paytaxt
  • 22 Sentyabr 2022 13:30
  •  3 928

Zabux kənd tam orta məktəbin binası əsaslı təmir və bərpa ediləcək

Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.