Prokurorluq orqanlarının yaradılmasının 104 illiyi münasibətilə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər Prokurorluq orqanlarının yaradılmasının 104 illiyi münasibətilə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
  • Paytaxt
  • 1 Oktyabr 2022 09:26
  •  3 472

Prokurorluq əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Prokurorluq orqanlarının yaradılmasının 104 illiyi münasibətilə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Onlar əvvəlcə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub və məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Azərbaycan Prokurorluğunun kollektivi Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.