"Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir" "Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir"
  • Paytaxt
  • 1 Oktyabr 2022 13:05
  •  2 658

Prezident: “Azərbaycan Cənub Qaz Dəhlizinin təşəbbüskarı olduğu üçün fəxr edir”

"Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir"

“Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir və Azərbaycan onun təşəbbüskarı olduğu üçün fəxr edir”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

"Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizinin təşəbbüskarı olduğu üçün fəxr edir. Cənub Qaz Dəhlizi təbii qazı istehlakçılara yeni marşrutla, həmçinin yeni mənbədən nəql edir. Hələlik bu qazın yeganə mənbəyi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağıdır. Bununla belə, Azərbaycanın bir neçə yeni qaz yatağında hasilata başlanılacaq ki, bu da bizim tədarükümüzün həcmini artırmağa imkan verəcək”, - Azərbaycan Prezidenti bildirib.