• Paytaxt
  • 25 Noyabr 2022 19:10
  •  3 498

İlham Əliyev: İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb

İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.

Dövlət başçısı deyib: “Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir”.