- Paytaxt
- 11 Fevral 2023 13:31
- 4 008
Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Kriz Mərkəzini ziyarət edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gəliblər.
Aznews.az xəbər verir ki, hər iki nazir mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.


