• Paytaxt
  • 3 Aprel 2023 17:25
  •  2 872

DSMF auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib.

Aznews.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 26-sı, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə mayın 4-ü, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr mayın 5-i, saat 16:00-da portalda açıqlanacaq.