- Paytaxt
- 29 Sentyabr 20:43
- 2 462
Baş Nazir Əli Əsədov Gürcüstana səfər edəcək

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov gələn ay Gürcüstana səfərə gedəcək.
Aznews.az xəbər verir ki, hökumət başçısı 26-27 oktyabr tarixlərində Tbilisidə keçiriləcək beynəlxalq İpək Yolu Forumunda ali qonaq qismində iştirak edəcək.
Qeyd edək ki, forumda Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.