- Paytaxt
- 30 Noyabr 2023 22:57
- 3 340
Ceyhun Bayramov: ATƏT həllin bir parçası olmaq şansını itirib
![](https://www.aznews.az/storage/2023/11/30/6568ce74bd9bc6568ce74bd9bd1701367412e6938796eb0718beadae1be24a6942d6.jpg)
ATƏT alətlərinin “davamlı aktuallığa" istinadları reallığa uyğun gəlmir.
Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.
“ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi”, - Ceyhun Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, ATƏT həllin bir parçası olmaq şansını itirib və buna səbəb, Ermənistanın, eləcə də müəyyən ölkələrin davranışları olub.