Rəşid Temrezov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz xalqınızın həqiqi lideri, müdrik rəhbərsiniz. Müasir və dinamik inkişaf edən Azərbaycanın uğurları haqlı olaraq Sizin adınızla əlaqələndirilir.

Əminəm ki, Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı gələcəkdə də möhkəmlənəcək və respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar, səadət, möhkəm cansağlığı, doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq arzulayıram".