• Paytaxt
  • 17 Avqust 2024 12:03
  •  5 915

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.

AzNews.az-ın xəbərinə görə, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Bəhmən Rza oğlu Babayevə

polkovnik Əyyub Vəli oğlu Məmmədova

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.