- Mahal
- 26 Aprel 23:34
- 1 539
Bərdənin sabiq icra başçısı vəfat edib
Azərbaycanda uzun müddət icra başçısı olan Elman Allahverdiyev vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Qeyd edək ki, Elman Fərman oğlu Allahverdiyev 16 mart 1958-ci ildə Tərtər rayonunda anadan olub.
Mərhum 1994-1996-cı illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Elman Allahverdiyev 1996-cı ildən 2006-cı ilədək isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı olub.
Allah rəhmət eləsin!
AzNews.az