Maqdalena Qrono Azərbaycana gəlir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə məlumat verib.

"O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.

Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.