- Üçüncü sektor
- 22 İyun 23:07
- 1 771
Regionlarda milli ailə institutunun qorunmasna dair tədbirlərə Siyəzəndən start verildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi tərəfindən icra olunan "Milli ailə institutunun qorunması" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir Siyəzən rayonunda təşkil olunub.
Aznews.az xəbər verir ki, Siyəzən Gənclər Evində 30 nəfər yerli təmsilçinin iştirakı ilə başlayan seminarı layihənin rəhbəri, SQPR İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağirova açıq elan etdi və o, 5 regionda həyata keçirilən layihənin ideyası və məzmunu haqqında ətraflı məlumat verdi.
Layihə rəhbəri regionlarda milli ailə dəyərləri, valideynlik, nəsillərarası ünsiyyət bacarıqları, milli ailə prinsiplərini gücləndirmək, gənclərdə milli ailə institutuna hörmət və məsuliyyət anlayışını inkişaf etdirmək haqqında danışaraq bu işdə ailə və dövlət qurumları ilə yanaşı cəmiyyətin müxtəlif struktur və qurumlarının da geniş maarifləndirici fəaliyyətlər göstərməsinin zəruriliyini vurğuladı.
Sonra Siyəzən rayon icra hakimiyyətinin sektor müdiri Kənan Əliyev, Siyəzən Gənclər Evinin direktoru Elşən Yarəliyev və rayonun digər aidiyyətli struktur əməkdaşları çıxış edərək, layihənin, seminarların və onun regionlarda gənclərin maariflənməsinə müsbət təsirini qeyd etdilər.
Layihənin eksperti Asif Əsgərli geniş PPT təqdimatı ilə iştirakçılara “milli ailə dəyərləri”, “ailə institutuna təsir edən amillər”, “sağlam ailə münasibətləri”, “valideyn məsuliyyəti”, “ailə münaqişələri və onların həlli yolları” və “ailə institutunun gücləndirilməsində dövlətin və cəmiyyətin rolu” mövzularında geniş və əhatəli bilgi və məlumatlar verdi və onların suallarını cavablandırdı.
Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün milli-mənəvi dəyərlərin deqradasiyasına qarşı mübarizəyə, onlara reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.