Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib. Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.

Neftçinin cəsədi Azərbaycana gətirildi - Yeniləndi

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti aidiyyəti üzrə təhvil verilib

***
19:38

Fövqaladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə Türkmənistan sahillərində tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.