Azərbaycan Ermənistan dövlət sərhədində ermənilərin atəş açması nəticəsində şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb. Azərbaycan Ermənistan dövlət sərhədində ermənilərin atəş açması nəticəsində şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb.

Şəhid olan əsgərimiz dəfn edildi – Fotolar

Azərbaycan Ermənistan dövlət sərhədində ermənilərin atəş açması nəticəsində şəhid olan əsgər İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb.



AzNews.az xəbər verir ki, dəfn mərasimində şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi iştirak edib.

1996-cı il təvəllüdlü İmran Mirzəyev iki bacının bir qardaşı olub. Hərbi xidməti başa vurmasına isə 3 aya yaxın vaxt qalıbmış.

Dəfn mərasiminin sonunda şəhidə ehtiram əlaməti olaraq havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, İmran Mirzəyev fevralın 3-də saat 17:50 radələrində Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olub. Azərbaycan ordusunun həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.