Kompyuter salonundan oğurluq edən şəxslər tutuldu

Kompyuter salonundan məişət əşyalarını oğurlayan şəxslər tutulublar.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki,Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Bakı şəhər sakini İqbal Bəşirova məxsus kompyuter salonundan məişət əşyalarını oğurlayan paytaxt sakinləri İbrahim Qurbanov, Yusif Mənsimov və Bəhruz Hacızadə tutulublar.