“Neft Daşları”da yeni quyu istismara verildi

“Neft Daşları” yatağında yeni quyu istismara verilib.


AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, "Neft Daşları" yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.