“Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Veysəloğlu” şirkəti məhkəməyə verildi

“Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.


ASC əmtəə nişanından cavabdehin istifadə etməsinin qanunsuz hesab edilməsi, əmtəə nişanından qanunsuz istifadə nəticəsində vurulmuş zərərin ödənilməsi, "Çinar" adlı şokolad konfetlərinin ticarət dövriyyəsindən çıxarılması və istifadə olunana material və avadanlıqların məhv edilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Lakin qərardan narazı qalan həm "Gəncə-Qənnadı" ASC, həm də "Veysəloğlu-Yaycılı-Qardaşlar" MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Üçüncü şəxslər qismində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göstərilib.

Report.az