Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb. Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb.

Rusiya üçün nəzərdə tutulan qatarlar - Azərbaycana satıldı

Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb.


Bu barədə İsveçrənin "Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Vinder bildirib.

Onun sözlərinə görə, qatarlardan 3-ü ötən il I Avropa oyunları ərəfəsində ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərəncamına verilib. Digər ikisi isə bu yaxınlarda ölkəmizə gətiriləcək.

Əslində, 5 qatarla birlikdə İsveçrənin "Stadler Rail" şirkəti 25 ikimərtəbəli sürətli elektrik qatarlarını Rusiyanın "Аeroekspress" şirkətinə satmalı idi. Lakin 2014-cü ildə bu iki şirkət arasında 25 ikimərtəbəli sürətli elektrik qatarlarının ödənişində çətinliklər yaranıb.


Ölkəmizdə olan ikimərtəbəli qatar

"Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə əsasən, hazırda onlar "Аeroekspress" şirkətinə güzəştə getməyə hazırdırlar. Odur ki, şirkət mübahisəli qərar layihəsi üzərində işləyir və müqavilədə dəyişikliklərin razılaşdırılması mərhələsindədir.

Şirkətin ödəniş problemləri 2015-ci ilin birinci yarısının yekunlarına dair müqaviləyə əsasən məlum olub. Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə şirkətin hesabatında bilinib ki, şirkətin borcu 2014-cü il dekabrın 31-dək 68,9 milyon avro olub. Bu şirkət Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo aeroportları ilə paytaxt arasında sərnişin daşınmasını həyata keçirir.



"Stadler Rail" şirkətinə məxsus qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Azərbaycanın aldığı bu qatarlar hazırda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə xidmət göstərir.

anspress.com