Bu gün axşam saat 10 radələrində Bakıda, dənizkənarı bulvarda Türkiyəyə dəstək aksiyası keçirilib. Bu gün axşam saat 10 radələrində Bakıda, dənizkənarı bulvarda Türkiyəyə dəstək aksiyası keçirilib.

Bakı bulvarında Türkiyəyə dəstək aksiyası - Fotolar

Bu gün axşam saat 10 radələrində Bakıda, dənizkənarı bulvarda Türkiyəyə dəstək aksiyası keçirilib.


Aksiyada Türkiyənin istiqlal marşı, milli mahnıları ifa olunub.

Hər kəsin əlində Türkiyə və Azərbaycan bayraqları var. Aksiyaçılar eyni zamanda "Şəhidlər ölməz, vətən bölünməz" və digər bu kimi şüarlar səsləndiriblər.

Rəyi soruşulanlar - uşaqdan böyüyə hər kəs Türkiyənin yanında olduğunu bildirib.

Xatırladaq ki, dünən gecə Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib, 200 nəfərə yaxın ölən, 1450 yaralanan var. 3 minə yaxın hərbçi və bir o qədər də başqa peşə sahibləri həbs olunub.

Musavat.com