Varşava metrosunda müharibə ehtimalına qarşı ehtiyat anbarları yaradılır

Varşava metrosunda müharibə ehtimalı ilə bağlı ehtiyat anbarlarının yaradılmasına başlanılıb.

Bu barədə şəhərin meri Rafal Trzaskovski məlumat verib.

O, “Facebook” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib:

“Varşava metrosu ilə bağlı üç assosiasiya var: birincisi, bu əla nəqliyyat vasitəsidir; ikincisi, kitab oxumaq üçün gözəl məkandır; üçüncüsü isə yeraltı qalxan və ya ümumi təhlükəsizliyimizdir.”

Merin sözlərinə görə, metropoliten ölkənin təhlükəsizliyi baxımından əsas infrastruktur obyektlərindən biridir. O əlavə edib ki, fövqəladə hallara hazırlıq çərçivəsində elektrik generatorları və digər zəruri avadanlıqların alınması həyata keçirilir.

Bildirilib ki, anbarlar Varşava metrosunun texniki boşluqlarında yerləşdiriləcək.

Mövsüm,

AzNews.az