Yaponiyada 25 yaşlı model Miu Takemae və həyat yoldaşı Kaito Takemae yeniyetmələrdən ibarət cinayətkar dəstəni idarə etmək şübhəsi ilə həbs olunublar.
Bu barədə "Mothership" məlumat yayıb.
Məlumata görə, hadisə mayın 14-də Toçiqi prefekturasında baş verib. Altı yeniyetmə 69 yaşlı qadının evinə basqın edərək ona 20-dən çox bıçaq zərbəsi endirib. Qadının 30 və 40 yaşlı oğulları isə ağır xəsarətlər və sınıqlarla xəstəxanaya yerləşdirilib.
Basqınçılar evdən pul və qiymətli əşyalar aparıblar. Hücum edənlərdən biri hadisədən təxminən 30 dəqiqə sonra saxlanılıb. O, ifadəsində cinayəti Takemae cütlüyünün göstərişi ilə törətdiyini bildirib.
İstintaqın məlumatına görə, Miu və Kaito Takemae yeniyetmələrə cinayət zamanı bahalı avtomobillə də təmin edirmiş.
Mövsüm,
AzNews.az