- Qərb
- 16:22
- 798
Zelenski: Üçtərəfli danışıqların növbəti mərhələsi martın əvvəlində baş tuta bilər
Ukrayna ilə Rusiya arasındakı müharibə davam edir, diplomatik çalışmalar isə sürməkdədir.
Rusiyanın, Ukraynanın və ABŞın iştirakı ilə Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması məqsədilə keçirilən üçlü müzakirələrin son turu Cenevrədə baş tutub.
Volodimir Zelenski müzakirələrə dair yeni açıqlama verib. O, növbəti tur görüşlərin mart ayının əvvəlində keçirilməsinin planlaşdırıldığını bildirib:
"Bir sonrakı görüş mart ayının əvvəlində baş tuta bilər."
Zelenski əlavə edib ki, sabah Cenevrədə Rüstem Umerov ilə Steve Vitkoff arasında görüş təşkil olunacaq.
O qeyd edib ki, görüşdə:
Ukraynanın yenidən qurulması paketinin təfərrüatları birinci gündəm maddəsi olaraq müzakirə olunacaq. Üçlü toplantı üçün zəruri tənzimləmələr ikinci gündəm maddəsi olacaq. Umerov üçüncü gündəm maddəsi olaraq mübadilənin detalları barədə danışacaq.
Mövsüm,
AzNews.az