Rusiyada əxlaqsızlıq leqallaşdırılacaq

Rusiyanın "Pravoye Delo" Partiyası ölkədə fahişəliyin leqallaşdırılması təklifi ilə çıxış edib. Ilk əvvəl partiya üzvləri bu problemə rusiyalıların münasibətini öyrənmək məqsədilə sorğu keçirməyi düşünürlər və bu yöndə məşhur sosioloji mərkəzlərlə danışıqlıqlar aparılır. Partiya lideri Andrey Dunayev hesab edir ki, ölkədə sevgisini satan qadınların kölə əməyinə son qoymağın vaxtı çatıb.

"Biz belə qadınların problemlərinə diqqəti yönəltmək istəyirik. Qeyri-insani şəraitdə kölə kimi işlədilən bu qadınlar istifadə edildikdən sonra küçəyə atılır və qazandıqları xəstəliklərlə üz-üzə qalır. Belə qadınlara çox vaxt ya kriminal elementlər, ya da vicdansız polislər havadarlıq edirlər. Hesab edirik ki, problemi aradan qaldırmaq üçün rəsmi fahişəxanalar təşkil etmək lazımdır ki, onların fəaliyyəti leqallaşdırılsın. Belə qadınlar mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər və onların gələcəkdə pensiya təminatı olmalıdır".

İnci
AzNews.az