- Köhnə - Cəmiyyət
- 14 Noyabr 2016 09:56
- 6 811
“Siz azərbaycanlısınız, sizin haqqınızda professorlardan çox eşitmişik” – Qərb Universitetinin məzunu

2011-ci ildə Qərb Universitetinin məzunu olmuş Nəzri Rəhimova ali məktəbdəki təhsil sistemi haqqında danışıb.
AzNews.az xəbər verib ki, Nəzri Rəhimova Qərb Universitetindəki təhsil sistemini Böyük Britaniyanın aparıcı universitetlərinə bənzədib:
"Ən əsas üstünlüyü isə mənim üçün oranın təhsil sistemidir. Təhsil test üsulu ilə deyil, Birləşmiş Krallıqdakı yüksək reytinqli universitetlər kimi yazılı açıq suallar üsulu ilə tətbiq olunur. Ona görə də Qərb Universitetinin ən zəif tələbəsi belə öz fikrini sərbəst ifadə etmək bacarığına malikdir. Qərb Universitetinin potensiallarıdan danışmaqla tükənməz, onlardan biri də tələbələr üçün yaratdığı sosial həyatdır."
Nəzri Rəhimovanın sözlərinə görə, Qərb Universitetində aldığı təhsil nəticəsində 2015-ci ildə Glasgow Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistratura pilləsini bitirə bilib:
"Glasgow Universitetində Peter Sturman adlı professor vardı dərs keçdiyi bütün qruplarda bəhs edirmiş ki, bu il dərs dediyim xarici tələbələr içərisində Nəzri Rəhimova adlı Azərbaycanlı bir xanım var, o qədər yüksək bakalavr təhsili alıb ki, dərs boyu ya susdura bilmirəm, ya da akademik yazılarını oxuduqca bitirə bilmirəm. İngilis dilində akademik yazıları o qədər mükəmməl yazır ki, təəcüb edirəm ki, Azərbaycandə 4-5 il ərzində bakalavrda bu qədər yüksək ingilis dili necə tədris olunub. Müəyyən tədbirlərdə yeni insanlarla tanış olarkən, özümü təqdim edəndə, deyirdilər "oo Nəzri?" gərək ki, siz Azərbaycanlısınız, sizin haqqınızda professorlardan çox eşitmişik. Bütün bu nəaliyyətlərim üçün Qərb Universitetinə minnətdaram."