Satıcılar bu dəfə məhkəmənin qarşısında toplanacaqlar Satıcılar bu dəfə məhkəmənin qarşısında toplanacaqlar

“Binə“ bazarındakı aksiyada tutulanların məhkəməsi başlayır

Satıcılar bu dəfə məhkəmənin qarşısında toplanacaqlar



Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi bu gün keçiriləcək. Modern.az saytının məlumatına görə, satıcılar artıq səhər saatlarından məhkəmənin qarşısına toplaşırlar.

Qeyd edək ki, etiraz aksiyasında saxlanılanlar ilkin olaraq Qaradağ rayon Polis İdarəsində dindiriliblər. Bundan sonra onlardan 10 nəfəri Yasamal rayon Polis İdarəsinə gətirilib. Məsələ Respublika Baş Prokurorluğu və Bakı şəhər prokurorluğu tərəfindən araşdırılıb.

Yasamal rayon Polis İdarəsinə gətirilən 10 nəfər bu gün Səbail rayon Məhkəməsinə çıxarılacaq. Proses saat 11:00-da başlayacaq. Binə Ticarət Mərkəzindən verilən məlumata görə, bu gün mərkəzdə çalışanlar Səbael rayon Məhkəməsinin qarşısına toplaşacaqlar. Satıcılar yenə də öz tələblərində qaldıqlarını bildiriblər. Onlar mərkəz rəhbərliyinin satıcılarla istədiyi kimi rəftar etməsinə və istədiyi məbləğdə yerpulu yığmasına edirlər.

Ötən həftə Binə Ticarət Mərkəzində satıcıların mərkəzin rəhbəri Kəbirə Məmmədovaya qarşı etiraz aksiyasında polislə qarşıdurma baş verib və xeyli saxlanılan olub.