- Flash
- 19:58
- 843
"Neftçi" Premyer Liqanın XXVI turunda "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.
Aznews.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.
"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" "Kəpəz"i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.