- Dünyanın halı
- 11:49
- 2 709
Netanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib
İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib.
Aznews.az xəbər verir ki, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb.
"Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanlarına - red.) mübarizəmizi davam etdirəcəyik və hazırda məhz bunu edirik. Onların sursat istehsal potensialının 70 %-ni məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına hücum etdik", - o bildirib.
Netanyahu İsrailin Silahlı Qüvvələrinin İranın enerji obyektlərini məhv etməyə davam edəcəyini söz verib.
Daha əvvəl ABŞ və İsrailin İranın Huzistan əyalətindəki Mahşəhr limanındakı xüsusi neft-kimya zonasına endirdiyi zərbələr nəticəsində beş nəfərin öldüyü bildirilib.