Gəncənin sabiq rəisinə Bakıda “vəzifə hədiyyəsi” - EKSKLÜZİV

Nizami rayon Polis İdarəsindəki təftişlər generalın yolunu açmağa hesablanıb



AzNews.az xəbər portalına daxil olan informasiyaya görə, yanvar ayının 19-da Nizami rayon Polis İdarəsində ciddi təftiş aparılıb. Bununla bağlı əldə etdiyimiz özəl xəbərə görə, aparılan yoxlamaların nəticəsi olaraq xeyli sayda qüsurlar aşkarlanıb və bundan sonra Post Patrul Xidmətinin rəisi və əməliyyat üzrə rəis müavini işdən azad edilib.

Bu dəqiqələrdə əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, bu gün yenidən idarəyə yoxlama gəlib və onlar hazırda yoxlamalarla məşğuldur. Saytımızı baş verənlərlə bağlı bilgiləndirən mənbə isə əslində bu yoxlamaların konkret məqsədə xidmət etdiyini düşünür: "Məndə olan informasiyaya görə, bütün bu yoxlamaların və çək-çevirin məqsədi idarənin rəisi Nofəl Məhərrəmovun işdən azad edilməsinə hesablanıb. Boşaldılacaq həmin posta isə Gəncənin sabiq polis rəisi və hazırda sərəncamda olan general Rasim Musayevin təyinatı nəzərdə tutulub".


Orxan
AzNews.az