“Əhali tələblərində israrlıdır” “Əhali tələblərində israrlıdır”

“İsmayıllıda növbəti aksiyaya şirkətlər də qoşulacaq”

“Əhali tələblərində israrlıdır”



"Sosial ədalətsizlik, rayon rəhbərliyinin son 5 ildə apardığı siyasət, sayğısızlıq və məmur özbaşınalığı insanları ayağa qaldırdı. İnsanlar bu zülmə dözməyərək öz etiraz səsini qaldırdı".

Bunu AzNews.az-a AXC-inin rayon təşkilatının sədri Elçin İsmayıllı bildirdi.

Onun sözlərinə görə, əhali bu aksiyanın davamlılığında israrlıdır:

"Əgər günahkarlar cəzalanmasa, məmur dəyişikliyi olmasa, bəli, yenidən yürüş gözlənilir. Hətta qoşunların bu formada camaatın üzərinə yeridilməsi əhalidə böyük bir qıcıq yaradıb. Növbəti aksiyaya şirkətlər də qoşulacaq. Aksiya davam edəcək. Əhali bu dəyişiklikdə israrlıdır. Camaat icra hakimiyyətinin başçısı Nizami Ələkbərov ilə Əhalinin Sosial Təminat Naziri Füzuli Ələkbərovun istefasını tələb edir. Onlar ikisi də istefa verməlidir. Tələblərdən biri, hətta ən önəmlisi budur. İsmayıllı Füzuli Ələkbərovun kuratorluğundadır. Gör vəziyyət nə yerə çatıb ki, nazirin oğlu əhalini üzünə təhqir edir. Ona bu haqqı kim verib? Atası, yoxsa əmisi?.."

Bahar Rüstəmli
AzNews.az