“10 yaşlı Nuray Bayramzadə ilə bağlı Quba Rayon Məhkəməsinin qərarını bu şəkildə icra edən məmurlar cəzalandırılmalıdır.” “10 yaşlı Nuray Bayramzadə ilə bağlı Quba Rayon Məhkəməsinin qərarını bu şəkildə icra edən məmurlar cəzalandırılmalıdır.”

Nuraya zor tətbiq edən icra məmurları cəzalandırılmalıdır

“10 yaşlı Nuray Bayramzadə ilə bağlı Quba Rayon Məhkəməsinin qərarını bu şəkildə icra edən məmurlar cəzalandırılmalıdır.”

Bunu AzNews.az-a açıqlamasında hüquq müdafiəçisi Adəm Məmmədov bildirib. O, uşaqla bu cür davranılmasını insanlığa və məmura yaraşmayan bir hərəkət kimi qiymətləndirib: “Quba rayon icra şöbəsinin icra məmurlarının məhkəmə qətnaməsini bu formada icra etməsi, onların qeyri-peşəkar olmasından xəbər verir. Uşaqların alınıb-verilməsi ilə bağlı məhkəmə qərarlarının icrası digər icra sənədlərindən fərqli olaraq çox həssas yanaşılmalı və həyata keçrilməlidir. Qanunvericiliyə görə, uşaqlarla bağlı qərarın icrası zamanı mübahisə yaranarsa, psixoloqun iştirakı zəruridir. Mən bu hadisəni qınayıram. Bu məmura yaraşmayan hərəkətdir. Deyərdim ki, bu məmurların hərəkəti insanlarda ikrah hissi yaratdı. Qərarı elə icra elə etmək lazımdır ki, o insanlarda ikrah hissi yaratmasın.”

Adəm Məmmədovun sözlərinə görə, qanunvericilkdə 10 yaşı tamam olan uşaqların rəyinin nəzərə alınması öz əksini tapıb: “Ailə qanunvericiliyində bu birmənalı şəkildə öz əksini tapıb. Burada vəziyyət uşağın xalasından alınıb atasına verilməsidir. Uşaqlarla bağlı məsələ həll olununda, ilk növbədə, onun marağı nəzərdə tutulmalıdır”.

Bahar RÜSTƏMLİ

AzNews.az