Əli Kərimlinin qaynına yeni ittihamlar elan olundu

AXCP sədri Əli Kərimlinin qayını, "Texnikabank"ın Yasamal filialının həbsdə olan sabiq müdir müavini Elnur Seyidova yeni ittihamlar elan olunub. Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, E. Seyidova qarşı Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə yeni ittihamlar elan olunub. Eyni zamanda həmin ittihamlarla bağlı E. Seyidovdan ifadə alınıb. E. Seyidov həmin ittihamların əsassız olduğunu deyib.