Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

AzNews.az Socar-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 18-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.