“Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək”. “Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək”.

“Qafqaz”ın tələbələri nüfuzlu universitetlərə yerləşdiriləcək

“Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək”.

AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, tələbələrin gələcək təhsili yüksələn istiqamətdə təmin olunacaq.

“Təhsil Nazirliyi bunun üçün bütün şəraiti yaradacaq. Bir məsələni də vurğulayım ki, tələbələrin təhsil haqqının artımından söhbət gedə bilməz”.

S.Gözəlov qeyd edib ki, bununla əlaqədar olaraq Təhsil Nazirliyində həm Təfəkkür, həm də Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb: “İşçi qrupların tərkibi haqqında artıq ictimaiyyətə məlumat verilib, eyni zamanda Təhsil Nazirliyinin saytında məlumatlar gedib”.

Qeyd edək ki, keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.

Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb. Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini xahiş edilib.

AzNews.az