Döyülən rəssam danışdı - Fotolar

“Dostlar! Sizin əksəriyyətiniz mənim oyun oynadığımı düşünürsüz. Lakin bu, elə deyil. Mən sağam, lakin tam sağalmamışam”.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə gənc rəssam Batunay Haqverdiyev sosial şəbəkə hesabında döyülməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

B. Haqverdiyev Britaniya Rəssamlıq Akademiyasının məzunu, eləcə də “YARAT” Müasir İncəsənət Təşkilatının üzvü olmadığını deyib: “Mən akademiyada təhsil almamışam, “YARAT”la isə yalnız dostluq əlaqələrim var.

Vəziyyətimə gəlincə, yaxşı olmasam da, stabil haldayam. Sağalmağa doğru gedirəm. Hazırda xəstəxanadayam. Əməliyyat uğurla başa çatıb. Xəstəxanadan çıxarılmağımı gözləyirəm”.

Xatırladaq ki, bu gün B. Haqverdiyevin naməlum şəxslərin hücumuna məruz qaldığına dair xəbər yayılıb. Xəbərdə qeyd olunur ki, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.

Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə aparararaq döyüşdürmək istəyib.

B.Haqverdiyev onlara irad tutub və iti götürərək kənara aparmaq istəyib. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunub və nəticədə əlbəyaxa dava olub. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyüblər.

O, ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunub.

image description image description image description