Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib. Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

Peterburqdakı terror aktında yaralılardan biri azərbaycanlıdır - Yenilənib

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev bu barədə məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu deyib.

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.

Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

***

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralıların ilkin siyahısı açıqlanıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hazırda siyahıda 16 nəfərin adı var.

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.