Salyanda intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova müalicə olunduğu Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Salyanda intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova müalicə olunduğu Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

İntihara cəhd edən faciəvi taleli qız dünyasını dəyişdi

Salyanda intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova müalicə olunduğu Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Salyanın Noxudlu kəndində intihar etmək məqsədi ilə atdığı psixotrop həblərdən zəhərlənərək komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilmiş 21 yaşlı Gülmira Cahangirovaya əlavə tibbi yardım üçün bu gün səhərə yaxın Bakıdan həkim briqadası gəlib.

Həkimlər vəziyyəti kritik olduğu üçün xəstənin Bakıya aparılmasını məsləhət bilməyiblər. Buna baxmayaraq, tibbi yardım sayəsində xəstənin vəziyyətində əvvəlkinə nisbətən, cüzi də olsa, müsbətə dəyişiklik yaranıb. Lakin Gülmira bir neçə həb qəbul edərək hamıdan xəbərsiz yuxuya getdiyindən təzyiqi uzun müddət aşağı düşüb və ağ ciyəri yaşamaq üçün təhlükəli dərəcədə zədələnib.

Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəli şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan olmuş qıza yenə də Gülmira adı verilib.

Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib.