Deputat kriminal avtoritetin öldürülməsini də təkzib etdi Deputat kriminal avtoritetin öldürülməsini də təkzib etdi

Deputat Rövşən Lənkəranskiylə qohumluğunu təsdiqlədi

Deputat kriminal avtoritetin öldürülməsini də təkzib etdi


Kütləvi informasiya vasitələrində tanınmış azərbaycanlı avtoritet "Rövşən Lənkəranski"nin öldürülməsi barədə məlumatlar yayılıb. Musavat.com-un apardığı araşdırma zamanı məlum olub ki, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur.

Bu səbəbdən avtoritetin ölüm xəbərini dəqiqləşdirmək üçün Fəazil Ağamalı ilə əlaqə saxladıq. O, "Rövşən Lənkəraski" ilə qohumluğunu təsdliqlədi. Partiya sədrinin sözlərinə görə, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb: "Dəqiqləşdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".

AzNews.az