Azexport.az portalı ilk dəfə olaraq 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2017” sərgisində iştirak edir. Azexport.az portalı ilk dəfə olaraq 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2017” sərgisində iştirak edir.

Azexport ilk dəfə beynəlxalq sərgidə - Fotolar

Azexport.az portalı ilk dəfə olaraq 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2017” sərgisində iştirak edir.

AzNews.az xəbər verir ki, sərgi 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilir.

Qeyd edək ki, “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiri hesab olunur. Azexport portalı nəqliyyat-logistika xidmətlərinin ixrac zəncirində əsas faktor olduğunu nəzər alaraq, yerli və xarici şirkətlərə göstərdiyi xidmətlər barədə məlumatları təqdim edir.

Bundan başqa yerindəcə onlayn qaydada sahibkarların qeydiyyatını həyata keçirir və beynəlxalq nəqliyyat şirkətləri ilə müqavilələrin bağlanması təmin olunur. Bu sərgi çərçivəsində dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatları da bir araya toplanıb.