- Köhnə - Cəmiyyət
- 30 May 2017 22:36
- 4 518
Sevgisini filmə çəkənlərin sayı artır - "Love story"nin qiyməti 300-1000 manat arasında dəyişir (Video)
Son vaxtlar toy edən cütlüklərin sevgi hekayələrindən ("Love story") ibarət qısa filmlərə marağı artıb.
AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, toy etməyə hazırlaşan cütlüklər şəkillərdən ibarət videolardan çox, tanışlıq prosesinin canlandırılmasını istəyirlər.
Qiymət hekayənin çəkilişinə sərf edilən vaxta görə müəyyən edilir. Xronometrajı böyük olan videoların qiyməti də baha olur. Otel, rayon çəkilişi və ya restoran xərci isə qiymətə daxil edilmir.
Maraqlı tanışlıq hekayəsi olmayanlar isə retro çəkişlərə üstünlük verirlər. Çəkilişlərdə fotoqraf-dizaynerlər müəyyən kaprizlər ilə də rastlaşmalı olurlar.
Sevgi hekayələri toy günü monitorlar vasitəsilə qonaqlara nümayiş olunur. Bu videoları "Youtube" video portalına yükləyənlərin sayı da az deyil.