Cəbhədə 4 əsgərimizin şəhid olması ilə bağlı ermənilərin yaydığı xəbər yalandır- Rəsmi açıqlama

MN Azərbaycanın 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumata münasibət bildirib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin "Müdafiə Nazirliyi"nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.

AzNews.az