Mən bütün qeyri-hökümət və uşaq hüquqlarını müdafiə edən təşkilatları “özgə uşağı olmur” devizi altında birləşib müharibələrə, haqsızlıqlara son qoyulmasına çağırıram.” Mən bütün qeyri-hökümət və uşaq hüquqlarını müdafiə edən təşkilatları “özgə uşağı olmur” devizi altında birləşib müharibələrə, haqsızlıqlara son qoyulmasına çağırıram.”

“Qeyri-hökümət təşkilatlarını Zəhranın hüquqlarını müdafiə etməlidir” - Kamalə Ağazadə

Mən bütün qeyri-hökümət və uşaq hüquqlarını müdafiə edən təşkilatları “özgə uşağı olmur” devizi altında birləşib müharibələrə, haqsızlıqlara son qoyulmasına çağırıram.”

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhranın ölümünə münasibət bildirərkən deyib.

O, hazırda Zəhra Quliyeva kimi onlarla uşağın erməni əsirliyində olduğunu bildirib.

Biz “özgə uşağı olmur” devizi altında işləyirik. Zəhranın şəkillərini görəndə ötən il Suriyadan qaçqın düşən uşaqlardan birinin suda boğulmuş şəkilləri gözümün qabağına gəlir. Əslində biz unuduruq ki, bizim Zəhra kimi onlarla uşaqlarımız qətliamlarda dünyalarını dəyişib. Biz unuduruq ki, Zəhra kimi yüzlərlə uşaqlarımız bu günə kimi erməni əsirliyindədir. Zəhra bizim körpəmizdir, onun ömrü də arzuları kimi yarımçıq qaldı.”

Kamalə Ağazadə bütün geyri-hökümət təşkilatlarını Zəhranın hüquqlarını müdafiə etməyə səslədi.

Bahar RÜSTƏMLİ

AzNews.az