"Razboynik" ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb. "Razboynik" ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

“Hər şey üstündə tutulmuşam” - 10 dəfə həbs olunan kriminal avtoritet (Video)

"Razboynik" ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adıçəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada qulluq göstərdiyinə görə tutulub.

Kirminal aləmdə "Razboynik" ləqəbi ilə tanınan İlham Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

İlham Səmədov, saxlanılan şəxs: 10 dəfə məhkum olunmuşam. 33 il həbsdə yatmışam. Hər şey üstündə tutulmuşam. Oğurluq, "razboy", adam güllələmə, narkotik..."

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.